[b]"SOCAR-ın AÇ-də olması böyük uğurdu" - Rövnəq Abdullayev[/b]
13.06.2016 - 11:21
[b]"SOCAR-ın AÇ-də olması böyük uğurdu" - Rövnəq Abdullayev[/b]

AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonra müzakirə olunan məsələlərlə bağlı müsahibə verib. Qurumun rəhbəri apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Dediniz ki, 2017/2018 mövsümü üçün çempionatdakı komandaların sayı artılırılacaq. Bu hansı prinsiplə həyata keçiriləcək?

- Regionlardakı klubların lisenziya almaları üçün işlər görüləcək. “Zaqatala” klubu artıq ictimailəşib. Dedim ki, o kluba diqqət ayrılsın. Bundan əlavə, İmişlinin klubu ictimai səviyyədədi. Onun da gələn ilə hazır olmasını tapşırdım. Növbəti mövsümdən I divizionda “Səbael” klubu iştirak edəcək. O rayondakı stadion bu komandanın ixtiyarına veriləcək və “Səbael” ictimai səviyyəli klub olacaq.

 

- Bölgə və I divizion klublarına maliyyə dəstəyi hansı formada ediləcək?

- Bilirsiz ki, şirkətlərin maliyyə durumu zəifləyib. Bu da Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiymətinin aşağı düşməsi ilə əlaqədardı. Neftin qiyməti aşağı düşdü və bu da şirkətlərə təsirini göstərdi. Buna görə də klublara güzəştlər etməyə qərar verdik. I divizionda klublara maliyyə dəstəyi ayrı cür ediləcək. Klublara dəstək proqramı hazırlanacaq və bunu proqram şəklində həyata keçirəcəyik. Açıq deyəcəm, tutaq ki, Tovuz və Şəmkir klublarına neçə ildi dəstək olunsa da, son illərdə orda bir futbolçu yetişməyib. Bu olmasın deyə, klublara maliyyə dəstəyi proqramlaşdırılacaq. Hərəsinin qarşısına meyarlar qoyulacaq ki, ictimai birliklər rayonlarda öz klublarını düzəltsinlər və onlara maliyyə dəstəyi olsun. Klublara göstərdikləri nəticəyə və oyunçu yetişdirməsinə əsasən maliyyə dəstəyi ayrılacaq. Klublar ictimailəşməli, bir iş adamından asılı olmamalıdı. Bu yöndə işlər artıq aparılır. “Neftçi” və “Kəpəz” komandaları artıq ictimai təşkilatdı. İctimailəşmiş klublar daha keyfiyyətli olacaqlar. Belə olanda klubun təmsil etdiyi şəhər, rayon onu sevir. Hətta Almaniyada da klublar ictimailəşib. Məgər Almaniyada futbol zəifdi? Regionlarda ictimailəşmiş klublar AFFA tərəfindən idarə olunmayacaq.

 

- Fransada keçirilən Avropa çempionatında SOCAR-ın reklamının yerləşdirilməsi ilə bağlı nə deyə bilərsiniz?

- Avropa çempionatında SOCAR-ın reklamının olması böyük şeydi. Bu, kommersiya məqsədlidi və uğurlu olacaq. Bunu böyük çətinlik hesabına rəqabətdən qalib ayrılaraq etmişik. SOCAR-ın, Azərbaycanın adının orda yazılması böyük uğurdu.

0