[b]24 mövsümün 23 finalı - LAYİHƏ[/b]
26.07.2016 - 15:43
[b]24 mövsümün 23 finalı - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqamətindəki qalib olan mövzusunu davam etdirir. Sırf ölkədaxili yarışları əhatə edən 12 yazıdan 11-cisi Azərbaycan kubokunun finalına həsr olunub. Bu dəfə həlledici matçın qəhrəmanlarının – hakimlərin, iştirakçıların, qaliblərin, məşqçilərin müəyyənləşdirib, finallarla bağlı məqamların üzə çıxaracağıq.

 

Daimi 1/4 finalçı

 

Ölkə kubokunun finalı barədə danışmazdan əvvəl komandaların bu matçadək olan həlledici qarşılaşmaları – 1/4, 1/2 finala da nəzər salmaq maraqlıdı. Arxada qalan 24 mövsümdən hamısında 1/4 finalçılar müəyyənləşsə də, 2001/02 mövsümündə sonuncu iki mərhələ keçirilməyib. Bu illər ərzində 43 komanda 1/4 final həyəcanı yaşayıb. Bütün turnirlərin yeganə iştirakçısı olan “Neftçi” indiyədək heç vaxt “səkkizlik”dən kənar qalmayıb. “Qarabağ” 17, “Bakı” 15 dəfə 1/4 finalda qüvvəsini sınayıb.

Yarımfinalçıların sayı isə 27-di. “Neftçi” bu göstəricidə də öndədi – 15 dəfə. “Qarabağ” 13, “İnter” 9 dəfə finalın 1 addımlığında olub.

 

 

1/4

1/2

final

kubok

Neftçi

24

15

10

6

Qarabağ

17

13

8

5

Bakı

15

8

3

3

İnter

13

9

4

0

Xəzər Lənkəran

12

8

5

3

Kəpəz

11

5

4

4

Turan

10

3

0

0

Qəbələ

8

4

1

0

Olimpik

6

2

0

0

Şəfa

5

1

1

1

Xəzər S

5

1

0

0

MOİK

5

0

0

0

Şəmkir

4

2

2

0

ANS Pivani

4

1

0

0

Simurq

4

1

0

0

Kür-Nur

3

3

2

0

Xəzri

3

3

1

0

İnşaatçı B

3

2

1

1

MKT-Araz

3

2

1

0

Bakılı

3

1

0

0

Viləş

3

1

0

0

Rəvan

3

1

0

0

Gənclərbirliyi

3

0

0

0

Karvan

2

1

1

0

Xəzər L

2

1

1

0

Pambıqçı B

2

0

0

0

Şahdağ Qs

2

0

0

0

Standard

2

0

0

0

İnşaatçı Sb

1

1

1

0

Tərəqqi

1

1

0

0

Fərid

1

1

0

0

Göyəzən

1

1

0

0

Çıraqqala

1

0

0

0

Pambıqçı N

1

0

0

0

Avtomobilçi

1

0

0

0

Azərsun

1

0

0

0

Karat

1

0

0

0

Real

1

0

0

0

Səbail

1

0

0

0

Abşeron

1

0

0

0

Araz-Naxçıvan

1

0

0

0

Zirə

1

0

0

0

Sumqayıt

1

0

0

0

 

5 illik ənənə

 

Ölkə kubokunun finalında isə yalnız 16 klub çıxış edib. Burada da eyni komandalar liderdi. “Neftçi”nin 10, Ağdam klubunun 8 finalı var. Paytaxt təmsilçisi bu üstünlüyü son illərin ənənəsi sayəsində qazanıb. Bakılılar heç kimin bacarmadığını gerçəkləşdirərək, ardıcıl 5 dəfə finala yüksəlib. Digər klublar isə 2-dən artıq finalı sıralamayıb. Düzdü, bu 5 oyunun yalnız ikisində kubok “ağ-qaralar”ın olub. Ardıcıl qazanılan bu iki uğurla da rekord təkrarlanıb. Elə son iki ildə kuboku başı üzərinə qaldıran “Qarabağ” da həmin rekordun şəriklərindəndi ki, bu iki klubdan başqa, “Xəzər Lənkəran”la “Kəpəz” də eyni nəticəyə imza atıb. Yarışın qaliblərindən danışsaq, “Neftçi” 6, “Qarabağ” 5, “Kəpəz” 4 dəfə kuboka sahib olub. “Xəzər Lənkəran”la “Bakı” hərəyə 3, Bakı “İnşaatçı”sı və “Şəfa” 1 dəfə bu sevinci yaşayıb. “Neftçi” kimi 4 finalda uduzan “İnter” isə həlledici matçlarda qələbəyə həsrətdi. “Bankirlər” yalnız 7 klubun qazandığı mükafatı hələ də əldə etməyib.

 

30.08.1992

“İnşaatçı” (Bakı)

“Kür” (Mingəçevir)

2:1, əlavə vaxtda

28.05.1993

“Qarabağ” (Ağdam)

“İnşaatçı” (Sabirabad)

1:0, əlavə vaxtda

08.06.1994

“Kəpəz” (Gəncə)

“Xəzər” (Lənkəran)

2:0

28.05.1995

“Neftçi” (Bakı)

“Kür” (Mingəçevir)

1:0

15.05.1996

“Neftçi” (Bakı)

“Qarabağ” (Ağdam)

3:0

28.05.1997

“Kəpəz” (Gəncə)

“Xəzri” (Bakı)

1:0

28.05.1998

“Kəpəz” (Gəncə)

“Qarabağ” (Ağdam)

2:0

28.05.1999

“Neftçi” (Bakı)

“Şəmkir”

0:0, pen 5-3

28.05.2000

“Kəpəz” (Gəncə)

“Qarabağ” (Ağdam)

2:1

25.05.2001

“Şəfa” (Bakı)

“Neftçi” (Bakı)

2:1

 

yarımçıq qalıb

 

 

09.05.2004

“Neftçi” (Bakı)

“Şəmkir”

1:0, əlavə vaxtda

28.05.2005

“Bakı”

“İnter” (Bakı)

2:1, əlavə vaxtda

03.06.2006

“Qarabağ” (Ağdam)

“Karvan” (Yevlax)

2:1

28.05.2007

“Xəzər Lənkəran”

“MKT-Araz” (İmişli)

1:0

24.05.2008

“Xəzər Lənkəran”

“İnter” (Bakı)

2:0, əlavə vaxtda

23.05.2009

"Qarabağ" (Ağdam)

"İnter" Bakı

1:0

22.05.2010

 “Bakı”

“Xəzər Lənkəran”

2:1, əlavə vaxtda

24.05.2011

 “Xəzər Lənkəran”

“İnter” (Bakı)

1:1, pen 4-2

17.05.2012

“Bakı”

“Neftçi” (Bakı)

2:0

28.05.2013

“Neftçi” (Bakı)

“Xəzər Lənkəran”

0:0, pen 5-3

22.05.2014

“Neftçi” (Bakı)

"Qəbələ"

1:1, pen.3-2

03.06.2015

"Qarabağ" (Ağdam)

“Neftçi” (Bakı)

3:1

25.05.2016

"Qarabağ" (Ağdam)

“Neftçi” (Bakı)

1:0, əlavə vaxtda

30.08.1992

“İnşaatçı” (Bakı)

“Kür” (Mingəçevir)

2:1, əlavə vaxtda

 

Əməl olunmayan ənənə

 

İlk mövsümdə kubok qısa müddətdə və tələsik keçirildiyindən final matçı adi günə - avqustun 30-na təsadüf etdi. 1993-cü ildən finalın mayın 28-də, Respublika günündə keçirilməsi ənənəsi qoyuldu. Təbii ki, ara-sıra əməl olunduğundan buna ənənə də demək olmaz. Yalnız 1997-2000-ci illərdə ardıcıl 4 final həmin gündə baş tutdu. Ümumilikdə 9 dəfə mayın 28-də final keçirmək ənənəsi gerçəkləşib ki, sonuncusu 2013-cü ildə olub. Digər hallarda yarışa mayda, nadir hallarda iyunda yekun vurulub.

 

Allahverdiyev, Mircavadov və Hacıyevin rekordları

 

İndiyədək 13 baş məşqçinin komandası kuboka sahib olub. Mehman Allahverdiyevin rekordu hələ də toxunulmazdı. 4 qat ölkə kubokunun sahibi Qurban Qurbanovla Ağasəlim Mircavadovu qabaqlayır. Böyükağa Hacıyev, Əsgər Abdullayev və Kazbek Tuayevin hərəyə 2 kuboku var. Mircavadov, Abdullayev və Hacıyev hərəyə 2 klubda kubok qazanıblar. Mircavadov hamıdan çox – 5 finalın iştirakçısı olmağı bacarıb. Hacıyev isə ardıcıl 3 final görən yeganə mütəxəssisdi. Ümumilikdə isə 30 baş məşqçi final həyəcanı yaşayıb.

 

mövsüm

Qalib

finalçı

1992

Məmmədəli Məmmədov

Şahin Əhmədli

1993

Ağasəlim Mircavadov

Rəşid Özbəyov

1993/94

Mehman Allahverdiyev

Ağadadaş Həmidov

1994/95

Vaqif Sadıqov

Böyükağa Ağayev

1995/96

Kazbek Tuayev

Ağasəlim Mircavadov

1996/97

Mehman Allahverdiyev

Rəşid Özbəyov

1997/98

Mehman Allahverdiyev

Cavanşir Novruzov

1998/99

Əhməd Ələsgərov

Asəf Namazov

1999/2000

Mehman Allahverdiyev

Nazim Mehrəliyev

2000/01

Əsgər Abdullayev

Oqtay Abdullayev

2001/02

 yarımçıq qalıb

 

2003/04

Kazbek Tuayev

Qəhrəman Əliyev

2004/05

Əshər Abdullayev

Anatoli Konkov

2005/06

Böyükağa Ağayev

Yunis Hüseynov

2006/07

Ağasəlim Mircavadov

İqor Nakoneçnı

2007/08

Ağasəlim Mircavadov

Valentin Xodukin

2008/09

Qurban Qurbanov

Valentin Xodukin

 2009/10

Cüneyt Biçər

Ağasəlim Mircavadov

2010/11

Mirça Rednik

Kaxaber Sxadadze

2011/12

Novruz Əzimov

Böyükağa Hacıyev

2012/13

Böyükağa Hacıyev

Con Toşak

2013/14

Böyükağa Hacıyev

Yuri Syomin

2014/15

Qurban Qurbanov

Arif Əsədov

2015/16

Qurban Qurbanov

Vəli Qasımov

 

Yalnız iki dəfə

 

Ölkə kubokunun mövsümlər üzrə bombardirlərinə nəzər salsaq, bir çox hallarda vahid lider olmayıb. 2 və ya daha çox oyunçunun eyni sayda qolla hamıdan öndə qərarlaşması isə bombardirin məhsuldarlığının aşağı olması ilə bağlıdı. Azərbaycan kuboku tarixində yalnız iki dəfə bombardirin qol sayı ikirəqəmli ədədlə ifadə olunub. Mütləq rekordçu Paşa Əliyev 2000/01 mövsümündə 12 qol vurub. 10-u fəth edən sonuncu futbolçu Ramin Nəsibov olub. O, 2003/04 mövsümündə 10 dəfə fərqlənib. Nəsibovdan sonra isə 12 ildi belə məhsuldarlıq qeydə alınmır.

 

AZƏRBAYCAN KUBOKUNUN BOMBARDİRLƏRİ

mövsüm

Futbolçu

klubu

qol

1992

Nazim Əliyev

"Xəzər" S

3

 

Azər İsayev

"Xəzər" S

3

 

Yaşar Vahabzadə

"Xəzər" S

3

1993

Əli Abışov

"İnşaatçı" S

7

 

Natiq Rzayev

"İnşaatçı" S

7

1993/94

Fazil Pərvərov

"Kəpəz"

8

 

Kənan Kərimov

"Qarabağ"

8

1994/95

Yunis Hüseynov

"Neftçi"

6

1995/96

Ələddin Abbasov

"Şəmkir

9

1996/97

Samir Ələkbərov

"Neftçi"

5

1997/98

Müşfiq Hüseynov

"Qarabağ"

9

1998/99

Nazim Əliyev

“Dinamo”

8

1999/00

Paşa Əliyev

“Dinamo”

7

2000/01

Paşa Əliyev

“Dinamo-Bakılı”

12

2001/02

Emin Quliyev

"Neftçi"

2

 

İlqar Fərhadov

"Turan"

2

 

Zaur Həşimov

"Xəzər Universiteti"

2

 

Ramin Quliyev

"Şəfa"

2

 

Fəqan Şahbazov

"Şəfa"

2

 

Səbuhi Sadiqov

"Şəfa"

2

2003/04

Ramin Nəsibov

"Şəfa"

10

2004/05

Vladimir Makovski

"İnter"

4

 

Elşən Məmmədov

"İnter"

4

 

Vidadi Rzayev

"Neftçi"

4

 

Nadir Nəbiyev

"Neftçi"

4

2005/06

Samir Əliyev

“Xəzər Lənkəran”

7

2006/07

Viktor İqbekoyi

"Turan"

9

2007/08

Valter Quqlemon

"İnter"

8

2008/09

Vladimir Mazyar

"Simurq"

9

2009/10

Mario Souza

“Xəzər Lənkəran”

4

2010/11

Uinston Parks

“Xəzər Lənkəran”

4

2011/12

Junior Vilson

 “Bakı”

3

2012/13

Ağabala Ramazanov

“Xəzər Lənkəran”

4

2013/14

Etame Mbilla

“Xəzər Lənkəran”

3

 

Viktor Mendi

"Qəbələ"

3

2014/15

Vüqar Nadirov

"Qarabağ"

5

2015/16

Ruslan Qurbanov

"Neftçi"

5

 

Hər yerdə Mahmud

 

Finalda meydana çıxıb, kubok qazananların siyahısına Mahmud Qurbanov başçılıq edir. O, 5 həlledici görüşdə qələbə sevinci yaşayıb. Hüseyn Məhəmmədov, Füzuli Məmmədov və Füzuli Allahverdiyev isə 4 dəfə finalda qalib adını qazanıblar. 17 futbolçunun hesabında isə qazanılan 3 final var.

Qurbanov meydana çıxdığı final matçlarının sayında Müşfiq Hüseynovla şərikli rekordçudu. Mahmud 6 finalda 5, Müşfiq isə 6-dan 3-də qalib olub. 5 belə matçda meydana çıxan Denis Silva 3, Alim Qurbanov 2 dəfə sevinən tərəfdə olub.

Finalda 3 dəfə uduzan 11 uğursuz var. Müşfiqlə Alim qazandığı kuboklarla yenilgiləri unutdurubsa, Samir Abasov, Yaşar Hüseynov və Elşad Əhmədov 4 belə qarşılaşmadan yalnız birində sevinib. Elmir Xankişiyev, Vladimir Levin, Vadar Nuriyev, Cavid Hüseynov, Branislav Çervenka, Valter Quqlemon isə iştirak etdiyi 3 finalda qələbəyə həsrət qalıb.

 

230 min 650 nəfərlik final

 

1992-ci ildə final matçının ölkənin bir nömrəli idman qurğusu olan Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi ənənəsi qoyulub. Tutumuna görə deyil, tarixinə görə indi də həlledici matç üçün ən ideal variant sayılan arena 23 finaldan 18-nə ev sahibliyi edib. 3 dəfə paytaxtdan kənarda keçirilən görüş Sumqayıt (2 dəfə) və Qəbələdə (1 dəfə) baş tutub. Bakıda isə “Şəfa” (indiki “İnter Arena”) və “Dalğa Arena” da finala məkan olub.

İndiyədək keçirilən 23 finalı ümumilikdə 230 min 650 tamaşaçı izləyib. 1992-ci il antirekordla (1000) əlamətdar olubsa, 2010-cu ildə 26, 2011-ci ildə 24, bu il isə 23 min azarkeş finalı stadiondan seyr edib.

 

1992. Bakı. T.Bəhramov adına Respublika stadionu. 1000 tamaşaçı.

1993. Bakı. T.Bəhramov adına Respublika stadionu. 10000 tamaşaçı.

1993/94. Sumqayıt. M.Hüseynzadə adına şəhər stadionu. 1350 tamaşaçı.

1994/95. Bakı. T.Bəhramov adına Respublika stadionu. 5000 tamaşaçı.

1995/96. Bakı. T.Bəhramov adına Respublika stadionu. 5000 tamaşaçı.

1996/97. Bakı. T.Bəhramov adına Respublika stadionu. 5000 tamaşaçı.

1997/98. Bakı. T.Bəhramov adına Respublika stadionu. 5500 tamaşaçı.

1998/99. Bakı. T.Bəhramov adına Respublika stadionu. 8000 tamaşaçı.

1999/2000. Bakı. T.Bəhramov adına Respublika stadionu. 6000 tamaşaçı.

2000/01. Sumqayıt. M.Hüseynzadə adına şəhər stadionu. 2000 tamaşaçı.

2003/04. Bakı. T.Bəhramov adına Respublika stadionu. 8000 tamaşaçı.

2004/05. Bakı. T.Bəhramov adına Respublika stadionu. 10000 tamaşaçı.

2005/06. Bakı. “Şəfa”. 6000 tamaşaçı.

2006/07. Bakı. T.Bəhramov adına Respublika stadionu. 10000 tamaşaçı.

2007/08. Bakı. T.Bəhramov adına Respublika stadionu. 20000 tamaşaçı.

2008/09. Bakı. T.Bəhramov adına Respublika stadionu. 10000 tamaşaçı

2009/10. Bakı. T.Bəhramov adına Respublika stadionu. 26000 tamaşaçı

2010/11. Bakı. T.Bəhramov adına Respublika stadionu. 24000 tamaşaçı

2011/12. Bakı. "Dalğa Arena" stadionu. 4300 tamaşaçı

2012/13. Bakı. T.Bəhramov adına Respublika stadionu. 20000 tamaşaçı

2013/14. Bakı. T.Bəhramov adına Respublika stadionu. 22000 tamaşaçı

2014/15. Qəbələ şəhər stadionu. 4500 tamaşaçı

2015/16. Bakı. T.Bəhramov adına Respublika stadionu. 23000 tamaşaçı

 

Ağayevin “het-triki”

 

Xaqani Məmmədov, Vüsal Əliyev, Fariz Yusifov və Əliyar Ağayev hamıdan çox – hərəyə 3 finalda baş hakim olub. Ağayev ardıcıl 3 belə matç idarə edən yeganə referidi. Yusifov fərqli vaxtlarda belə etimad qazanıbsa, Məmmədovla Əliyev ardıcıl 2 finala çıxıblar. Bu 4 hakimdən başqa Tahir Süleymanov da 1-dən artıq – ardıcıl 2 finalda baş hakim olub. Ümumilikdə isə 23 finalı 14 hakim idarə edib. Onlardan biri əcnəbidi. Almaniyalı Manuel Qrafe 2008-ci ilin finalında fit çalıb.

 

1992. Gülağa Cabbarov

1993. Orucəli Durmuşov

1993/94. Nüvər Xasıyev

1994/95. Xaqani Məmmədov

1995/96. Tahir Süleymanov

1996/97. Tahir Süleymanov

1997/98. Asim Xudiyev

1998/99. Xaqani Məmmədov

1999/2000. Xaqani Məmmədov

2000/01. Məhəmməd Məmmədov

2003/04. İmanxan Sultani

2004/05. Fariz Yusifov

2005/06. Vüsal Əliyev

2006/07. Vüsal Əliyev

2007/08. Manuel Qrafe (Almaniya)

2008/09. Vüsal Əliyev

2009/10. Elçin Məmmədov

2010/11. Fariz Yusifov

2011/12. Əliyar Ağayev

2012/13. Əliyar Ağayev

2013/14. Əliyar Ağayev

2014/15. Rəhim Həsənov

2015/16. Fariz Yusifov

 

Yunis Hüseynovdan ilk və rekord

 

Finallarda het-trik qeydə alınmayıb. İlk dubla isə 1996-cı ildə Yunis Hüseynov (Neftçi) imza atıb. Bundan əvvəlki finalda da qol vuran futbolçu həlledici matçlarda 3 qol vurmağı bacaran yeganə oyunçudu. 2008-ci ildə Junior Osvaldo (Xəzər Lənkəran), 2015-ci ildə Reynaldo (Qarabağ) dubl müəllifi olsa da, finaldakı qol sayını artıra bilməyib. Ardıcıl 2 finalda fərqlənən Xaliq Mərdanovla Ramiz Məmmədovun da hesabında 2 qol var.

İlham Əliyev (1992), Müşfiq Hüseynov (1993), Samir Abasov (2004), Andre Ladaqa (2005), Junior Osvaldo (2008), Ernad Skuliç, Aleksandar Soliç, Elvin Beqiri (hamısı 2009), Uinston Parks, Girts Karlsons (hər ikisi 2010), Markus Madera (2016) əlavə vaxtda fərqləniblər. Junior həlledici yarımsaatda 2 qola sevinib. Ümumiyyətlə 23 matçdan 12-si 90 dəqiqədə bitibsə, 7 dəfə əlavə vaxt, 4 dəfə penaltilər seriyası qalibi müəyyənləşdirib. Penaltilərlə “Neftçi” hamıdan çox – 3 qələbə qazanıb. Amma əsas vaxtdakı yeganə böyükhesablı qələbə də bakılıların hesabındadı. Paytaxt təmsilçisi 1996-cı ildə “Kür-Nur”u 3 cavabsız qolla məğlub edib.

 

Vüqar XEYRULLAYEV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

 

0