[b]Rio-2016: Pevtsov 39-cu oldu - YENİLƏNİB[/b]
18.08.2016 - 20:19
[b]Rio-2016: Pevtsov 39-cu oldu - YENİLƏNİB[/b]

Rio-2016-da bu gün kişi triatlonçular arasında mükafatçıların adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi Rostislav Pevtsov təmsil edib.

 

Braziliyada debüt edən 29 yaşlı idmançımız start xəttinə Bakı vaxtı ilə saat 18:00-da çıxıb. Üzgüçülük, velosiped idmanı və qaçışda qüvvəsini sınayan triatlonçuların yarışında 58 idmançı qüvvəsini sınayıb. Pevtsov yürüşü 1:52.06 saat nəticə ilə 39-cu sırada bitirib.

 

Qeyd edək ki, Avropa Oyunlarının bürünc medalçısı olan Pevtsov Olimpiadada bu idman növündə iştirak edən ilk Azərbaycan atletidi.

0