[b]Qurbanovun 60-cı sınağı[/b]
24.08.2016 - 14:39
[b]Qurbanovun 60-cı sınağı[/b]

Avropa Liqasının pley-off mərhələsinin “Höteborq”la Bakıdakı oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun yubileyi ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis avrokuboklarda 60-cı matçına çıxacaq.

 

Baş məşqçi kimi 59 oyunda iş başında olan çalışdırıcı 25 qələbə görüb, 18 heç-heçəylə kifayətlənib və 16 yenilgiyə üzülüb. Onun yetirmələri 61 qol vurub, 48-ni buraxıb.

 

Qurbanovun avrokubok oyunlarından 2-si “Neftçi”, 57-si “Qarabağ”da baş tutub. O, “Çempionlar Liqasında 12, Avropa Liqasında 45 dəfə baş məşqçi kimi iştirak edib.

 

Qeyd edək ki, Qurbanovun çalışdırıcı kimi avrokuboklarda debütü 2007-ci ildə Avstriyada gerçəkləşib. Onun baş məşqçisi olduğu “Neftçi” “Rid”ə 1:3 hesabı ilə uduzub.

0