[b]Millimiz dünya çempionatında 1/4 finalda![/b]
23.09.2016 - 07:55
[b]Millimiz dünya çempionatında 1/4 finalda![/b]

Bu gün futzal üzrə dünya çempionatının Kolumbiyada keçirilən final mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin son 3 qarşılaşması baş tutub.

 

Bakı vaxtı ilə gecə yarı keçirilən qarşılaşmalarda 1/4 finalın son iştirakçıları bəlli olub. Planetin 8 ən yaxşısı arasında arasında Azərbaycan millisi də yer alıb.

 

Mundialda debüt edən yığmamız ilk cəhdində irəlilədiyi 1/8 finalda Tailandla qarşılaşıb. Qrup mərhələsində Mərakeş (5:0), İspaniya (2:4) və İranla (3:3) mübarizədə 2-ci olan yığmamız tarixində ilk dəfə bu rəqiblə görüşüb.

 

Asiyalılar da qrupu 2-ci yerdə başa vurub. Rəqibimiz Rusiyaya uduzsa da (4:6), Kuba (8:5) və Misir (2:1) üzərində qələbələrlə 1/8 finala yüksəlib. Ardıcıl 5-ci dəfə mundiala qatılan Tailand son yarışdakı uğurunu təkrarlayaraq, qrup səddini arxada qoyub.

 

Azarkeşlərin düz 21 qola şahidlik etdikləri oyunda yığmamız 8:13 hesablı darmadağına sevinib. Matçın əsas vaxtında qalib müəyyənləşməyib - 7:7. Əlavə olunmuş vaxtda isə komandamız möhtəşəm əzmkarlıq göstərərək mərhələni keçə bilib.

Miltinyonun yetirmələri asiyalıları mübarizədən kənarlaşdıraraq, 1/4 finalda Portuqaliya ilə görüşəcək. Pireneylilər 1/8 finalda Kosta-Rikanı 4:0 hesabı ilə məğlub edib.

 

 

Futzal üzrə dünya çempionatı
1/8 final
22 sentyabr

 

Tailand – Azərbaycan - 8:13 (əlavə vaxtda)
Qollar: Tueanklanq, 8.19; 12.17. Vonqkaeo, 17.44; 18.21; 25.10. Sornviçian, 21.42. Çudeç, 36.30; 44.16 - Vassura, 3.27; 43.17. Fineo, 5.45; 12.49; 43.31; 47.21; 48.10. Vitali Borisov, 13.34. Bolinya, 27.28; 25.56; 40.14. Poletto, 30.59. Rövşən Hüseynli, 48.34. Hakimlər: Fernando Qutyerres Lumbreras (İspaniya), Jianqiao Liu (Çin), Reks Kamusu (Solomon adaları), Lans Vanhaitsma (ABŞ)
Medelyin. Kolizeo İvan de Bedout

 

Tailand: 12. Katavut Hankampa (q), 6. Jiravat Sornviçian, 7. Kritsada Vonqkaeo, 9. Suphavut Tueanklanq, 11. Apivat Çaemçaroen

Ehtiyat oyunçular: 1. Kanison Fupun (q), 2. Çaleamsri Puanqsri, 3. Nathapon Sutiroj, 4. Pornmanqkol Srisubseanq, 5. Lertçay İssarasuvipikorn, 8. Jetsada Judeç, 10. Nattavut Madyalan, 13. Tayronq Petçtiam, 14. Vivat Tayjeroen

 

Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Tyaqo Bolinya, 5. Fineo, 10. Vasura, 13. Qallo

Ehtiyat oyunçular: 1. Emin Kürdov, 2. Elnur Zamanov, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 9. Fabio Poletto, 11. Xətai Bağırov, 14. Vitali Borisov

0