[b]“Neftçi”nin xilas şansı[/b]
23.09.2016 - 15:18
[b]“Neftçi”nin xilas şansı[/b]

Sabah Topaz Premyer Liqasında VI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək tur liderlərin səfərdə oynaması ilə diqqət çəkir. İlk üç pillədə qərarlaşan “Qəbələ”, “Qarabağ” və “İnter” xal hesablarını səfərdə artırmağa çalışacaq.

 

Turun ilk qarşılaşması “AZAL Arena”da keçiriləcək. Paytaxt derbisində Bakı klubları AZAL və “İnter” üz-üzə gələcək. Liderlər qrupunda yer alan sonuncular məğlubiyyətsizlik seriyasını davam etdirmək əzmindədi. Cari mövsümdə uduzmayan iki komandadan biri olan “bankirlər” səfərdə qalib gəlsə, zirvəyə sahib çıxacaq. Son pillədən qurtulmaq üçün mübarizə aparan Tərlan Əhmədovun yetirmələri isə ilk qələbənin intizarındadı. AZAL bu dəfə də qələbə qazanmasa, həsrətini 10 matça çatdıracaq.

 

Turun ikinci günündə 2 qarşılaşma baş tutacaq. Öncə meydana zəngin tarixə malik iki komanda çıxacaq. “Kəpəz” Gəncədə “Qarabağ”ı qəbul edəcək. Son 3 mövsümün çempionu dünən əldən verdiyi liderliyi qaytarmaq niyyətindədi. Qurban Qurbanovun yetirmələri ardıcıl 5-ci qələbəni qazanmaq iddiasını özü üçün münasib rəqiblər matçda gerçəkləşdirə bilər. 14 ildi rəqibini yenə bilməyən Gəncə təmsilçisi ardıcıl 22 çempionat oyununda qol sevinci yaşayan ağdamlıların hücum xəttini zərərsizləşdirməyin yollarını axtarmalıdı.

 

Eyni gündə ötən mövsümün mükafatçıları “Zirə” ilə “Qəbələ” də görüşəcək. Təxirə salınan dünənki oyunda “Sumqayıt”ı məğlub edərək, liderliyə yüksələn “qırmızı-qaralar” mövqeyini qorumaq üçün uğurlu seriyalarını davam etdirməlidi. 7 oyundu qapısında qol görməyən Roman Qriqorçukun yetirmələri ardıcıl 4-cü qələbəsini qazanmaq üçün ötən mövsümdəki kimi çıxış edə bilməyən “Zirə”ni itkisiz keçməlidi. Adil Şükürovun komandası liderlərdən uzaq düşməmək üçün 3 xal qazanmalıdı.

 

Tura “Əlincə Arena”da yekun vurulacaq. Çempionatın uğursuzlarından olan “Neftçi” və “Sumqayıt” 3 xal üçün “döyüşəcək”. Ardıcıl 4 məğlubiyyət alıb, ölkə çempionatları tarixində özünün antirekordunu müəyyənləşdirən “ağ-qaralar” ev oyununda qara zolaqdan çıxmağa borcludu. Əks-halda isə onları son pilləyə yuvarlanması da mümkündü.

 

Düzdü, AZAL-ın bu tur qalib gəlməsi inandırıcı deyil. Lakin “təyyarəçilər”in sensasiyası “Neftçi”ni zirzəmiyə yuvarlayacaq. Buna imkan verməmək üçün Elxan Abdullayevin yetirmələri yeni baş məşqçiyə ilk qələbəni bəxş etməlidi. Yeganə qələbəsini ilk turda qazanan “Sumqayıt” xal aktivini artırmaqla mövqeyini yaxşılaşdırmaq əzmindədi. Son matçda meydandan qovulan baş məşqçi Samir Abasovun böyük ehtimalla cəzalı duruma düşəcəyi isə “Neftçi”nin işini daha da asanlaşdırmalıdı. Baş məşqçisiz rəqiblə duel “ağ-qaralar”ın çətin durumdan xilası üçün şansdı.

 

Topaz Premyer Liqası

VI tur

24 sentyabr (şənbə)

 

16:00. AZAL – “İnter”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov

“AZAL Arena”

 

25 sentyabr (bazar)

 

15:30. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

Gəncə şəhər stadionu

 

18:00. “Zirə”  – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

Zirə İdman Kompleksinin stadionu

 

27 sentyabr (çərşənbə axşamı)

 

19:00. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

“Əlincə Arena”

 

1.

Qəbələ

5

4

1

0

15-0

13

2.

Qarabağ

5

4

0

1

14-2

12

3.

İnter

5

3

2

0

8-5

11

4.

Kəpəz

5

1

3

1

5-5

6

5.

Zirə

5

2

0

3

4-6

6

6.

Sumqayıt

5

1

1

3

3-7

4

7.

Neftçi

5

1

0

4

3-14

3

8.

AZAL

5

0

1

4

1-14

1

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 6

0