Kapitan derbini buraxacaq
23.09.2016 - 19:38
Kapitan derbini buraxacaq

“Çelsi” İngiltərə Premyer Liqasının VI turunda “Arsenal”la keçiriləcək oyunda Con Terrinin xidmətindən yararlana bilməyəcək. Apasport.az saytının məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb.

 

London derbisindən öncə mətbuat konfransı keçirən Antonio Konte də məlumatı təsdiqləyib.


İki tur öncə “Suonsi” ilə oyunda zədələnən 35 yaşlı müdafiəçi “Lester” və “Liverpul”la matçlarda da çıxış etməmişdi.

Qeyd edək ki, "Arsenal" - "Çelsi" oyunu sabah keçiriləcək.

0