[b]“Bizi olduqca çətin matç gözləyir” – PAOK-un baş məşqçisi[/b]
19.10.2016 - 19:44
[b]“Bizi olduqca çətin matç gözləyir” – PAOK-un baş məşqçisi[/b]

“Qarabağ”la matçda məqsəd ən yüksək nəticəni qazanmaq olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri PAOK klubunun baş məşqçisi Vladimir İviç deyib.

 

Yunanıstan təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq.

 

Bu gün mətbuat konfransı keçirən İviç “Qarabağ”la qarşılaşma barədə fikirlərini bölüşüb: “Əvvəlki oyunlarda da müşahidə etmişik ki, “Qarabağ” yaxşı oyun göstərir. Sabah bizi olduqca çətin matç gözləyir”.

 

- Ötən mövsüm PAOK Bakıdan xalla qayıtmışdı. Sabah meydandan xal və ya xallarla ayrılmaq ehtimalınız nə qədərdi?

- Komandamdan ilk növbədə, yaxşı oyun gözləyirəm. Təbii ki, nəticə də bizim üçün önəmlidi. Məqsədimiz 3 xal qazanmaqdı. Bilirdik ki, güclü komandaya qarşı oynayacağıq. Amma futbolçularımızın sabah bütün güclərini meydanda qoyacaqlarına inanıram. Şanslar 50/50-yədi.

 

- Doğma meydan, azarkeş dəstəyi və oturuşmuş heyət “Qarabağ”ın üstünlükləridi. Sabahkı matçda sizin üstünlükləriniz nədən ibarət olacaq?

- Hər şeydən əvvəl komanda Bakıya tam hazır vəziyyətdə gəlib. Bu vaxta qədər bir çox səfər oyunlarından çıxmışıq. Səfərdə də tam bacarığını nümayiş etdirən komandaya sahibik. Futbolçular diqqətini tam olaraq, bu oyuna yönəldiblər. Həm fiziki, həm də psixoloji cəhətdən matça tam hazırdırlar. Bunları da bizim üstünlüyümüz hesab etmək olar.

 

- Bu həftə PAOK üçün məsuliyyətli həftədi. “Qarabağ”la oyundan sonra “Olimpiakos”la qarşılaşacaqsız. Heyətlər arasında köklü dəyişikliklər olacaq?

- Təbii ki, dəyişikliklər gözlənilir. Amma böyük dəyişikliklər nəzərə alınmayıb. Futbolçuların “Qarabağ”la matçda özlərini necə göstərməsindən çox şey asılı olacaq.

0