[b]"Kadis" 3 xala həsrət qaldı, İsrafilovdan xəbər yoxdu[/b]
24.10.2016 - 00:03
[b]"Kadis" 3 xala həsrət qaldı, İsrafilovdan xəbər yoxdu[/b]

İspaniya Sequndasında XI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Kadis” də növbəti matçına çıxıb.

 

Sözügedən klub öz meydanında “Mursiya” ilə qarşılaşıb. Milli üzvünün komandası bu görüşdən bərabərliklə ilə ayrılıb - 2:2.

 

İsrafilovun adı bu görüşün iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, "Kadis" 11 turdan sonra 11 xalla 22 klub arasında 19-cu pillədə qərarlaşıb.

0