[b]Cavid Hüseynov seçimini etdi [/b]
24.10.2016 - 17:31
[b]Cavid Hüseynov seçimini etdi [/b]

“Qəbələ” bu günlərdə müqavilə imzaladığı Cavid Hüseynovdan Topaz Premyer Liqasının cari mövsümündə istifadə edə biləcək. Apasport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” 28 yaşlı yarımmüdafiəçinin adını çempionatın iştirak ərizəsinə daxil ediblər.

 

Hüseynov “Qəbələ”də köhnə formasında oynayacaq. Belə ki, seçimini edən Cavid yenidən 14 nömrəli futbolkanı geyinəcək. 

0