[b]Bolqarıstanlı məşqçi Azərbaycan boksçularının gücündən çəkinir[/b]
27.10.2016 - 11:16
[b]Bolqarıstanlı məşqçi Azərbaycan boksçularının gücündən çəkinir[/b]

“Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək dünya birinciliyindən medalla qayıtmağa iddialıyıq. Lakin bu heç də asan olmayacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri boks üzrə Bolqarıstan millisinin məşqçisi Radoslav Suslekov deyib.

 

O, noyabrın 17-dən 26-dək Rusiyada keçiriləcək 18 yaşadək boksçuların dünya birinciliyi ilə bağlı fikirlərini bildirib. Suslekov 70 ölkənin qatılacağı yarışa 4 idmançı ilə yollanacaq yetirmələrinin əsas rəqiblərinin adlarını açıqlayıb: “Belə yarışlarda iştirak bizim üçün çox vacibdi. Çünki orada ənənəvi güclü olan Azərbaycan, Rusiya və Kuba boksçuları ilə qarşılaşırıq. Ümumiyyətlə, bu çempionatda zəif komanda olmur. Lakin qüvvələrin bərabərləşməsi müşahidə edilir. Əvvəl Kuba 10 çəki dərəcəsində 10 qızıl medal qazanırdısa, indi onlar 2-3 çempionluqla kifayətlənirlər”.

0