[b]Şahin Diniyevin “etika”sı: Ə, sən qudurmusan?[/b]
06.12.2016 - 12:24
[b]Şahin Diniyevin “etika”sı: Ə, sən qudurmusan?[/b]

“Baş hakim Ramil Diniyevin yanlış qərarından sonra əsəblərim tarıma çəkildi. Bu səbəbdən özümü saxlaya bilməyib, onun qərarına çılğın reaksiya verdim”. Bunu apasport.az saytına açıqlamasında “Zirə” futbol klubunun qapıçısı Kamal Bayramov deyib.

 

Topaz Premyer Liqasının IV turunun “Kəpəz”lə oyununda Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyevlə Bayramov arasında qalmaqal yaşanıb.

 

“Bir də onda gördüm ki, Şahin Diniyev mənə yaxınlaşıb təhqiramiz ifadələr işlətməyə başladı. Mənə ən yumşaq sözü tonla “ə, sən qudurmusan?” oldu. Təbii ki, cavabını verdim. Sonradan səhvini başa düşdü. Eşitdiyimə görə, oyundan sonra paltardəyişmə otağına gəlib, üzrxahlıq etmək istəyib. Amma deyəsən, qorxusundan otağa tərəf gəlmək istəməyib” - deyə, qapıçı bildirib. 

 

Bayramov vurğulayıb ki, qarşılaşma başa çatandan sonra Diniyevlə telefonla danışıb: “Bir müddət zənglərimə cavab vermədi. Məcbur olub oğlu Kərimə zəng vurdum. Bundan az sonra Şahinlə danışdım. Çox dilxor, peşman idi. Bütün günü etikadan danışır. Özünü məşqçi sayır, lakin nə etdiyinin fərqində deyil. Siz bunun “səviyyə”sinə baxın ki, məndən yaşca böyük olsa da, mənə “sən mənim böyüyümsən, bir səhvdi eləmişəm. Hətta mətbuat vasitəsilə səndən üzr istəməyə hazıram” dedi”.

 

Diniyev əməkdaşımızla söhbətində həqiqətən də belə bir biabırçı olayın baş verdiyini təsdiqləyib: “Bu, çoxdan olmuş hadisədi, amma yenidən bu söhbətə qayıtmaq istəmirəm”.

 

Qeyd edək ki, “Kəpəz”in 2:0 hesabı ilə qələbə qazandığı həmin görüşün baş hakimi Ramil Diniyev Şahin Diniyevin yaxın qohumudu.

 

 

0