[b]“Qəbələ” ilk oyunda məğlub oldu - YENİLƏNİB[/b]
13.01.2017 - 20:06
[b]“Qəbələ” ilk oyunda məğlub oldu - YENİLƏNİB[/b]

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” “Partizani” ilə üz-üzə gəliblər.

 

15 dəfə ölkəsinin çempionu adını qazanmış "Partizani" 20 dəfə Albaniya Superliqasında gümüş medalçı olub. Ötən mövsümü ikinci pillədə başa çatdıran Tirana təmsilçisi cari mövsümdə də geridəqalan 18 turdan sonra ikincidi. "Partizani" lider "Kukesi"dən 1 xal geridədi. 

 

"Qəbələ"nin rəqibi tarixi ərzində 15 dəfə ölkə kuboku, 1 dəfə isə Albaniya Superkubokunun da qalibi adını qazanıb. 

 

Görüş təmsilçimizin üstünlüyü ilə başlayıb. Hesabı da Roman Qriqorçukun yetirmələri açıb. Nika Kvekveskiri ilk hissənin sonlarında fərqlənib. İkinci hissədə isə rəqib iki qol vuraraq qələbə qazanıb.

 

Yoxlama oyunu

“Qəbələ” – “Partizani” (Albaniya) – 1:2
Qollar: Nika Kvekveskiri, 43 - Kaleb Ekuban, 45, Elvin Camalov, 84-öz qapısına

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6, Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 14. Cavid Hüseynov, 15. Vitali Vernidub, 21. Roman Hüseynov, 34. Ürfan Abbasov, 77. Araz Abdullayev

Ehtiyat oyunçular: 33. David Petrkeviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 20. Rikardinyo, 32. Rəşad Eyyubov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov 

0