[b]“İnter”dən qolsuz heç-heçə - YENİLƏNİB[/b]
15.01.2017 - 20:12
[b]“İnter”dən qolsuz heç-heçə - YENİLƏNİB[/b]

Türkiyədə hazırlıqlarını davam etdirən “İnter” bu gün ilk yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, “bankirlər”in ilk rəqibi Qazaxıstanın “Ordabaşı” klubu olub.

 

1998-ci ildə qurulmuş Çimkənd təmsilçisi hazırda Qazaxıstan Premyer Liqasında çıxış edir. Klub son mövsümü 4-cü pillədə başa vurub.

 

Görüş qolsuz bərabərliklə başa çatıb.

 

Qeyd edək ki, “Ordabaşı” yanvarın 19-da daha bir Azərbaycan təmsilçisi “Qəbələ” ilə də qarşılaşacaq.

 

Hazırlıq oyunu

“İnter” – “Ordabaşı” (Qazaxıstan) - 0:0

“İnter”: Səlahət Ağayev, İlkin Qırtımov, Denis Silva, Tərlan Quliyev, Slavik Alxasov, Adrian Skarlatake, Elnur Abdullayev, Nizami Hacıyev, Fuad Bayramov, Mirsahib Abbasov, Rauf Əliyev

0