[b]Kamran Ağayev “Neftçi”də![/b]
15.01.2017 - 15:48
[b]Kamran Ağayev “Neftçi”də![/b]

Milli komandamızın qapıçısı Kamran Ağayev karyerasını ölkə daxilində davam etdirəcək. Apasport.az saytının əldə etdiyi məlumata görə, "qolkiper" "Neftçi"də çıxış edəcək.

 

Artıq tərəflər arasında razılıq əldə olunub. “Ağ-qaralar” bu keçidə görə “Boavişta”ya müəyyən məbləğ ödəyəcək.

 

“Çərçivə qoruyucusu”nun qısa zamanda paytaxt təmsilçisinin sıralarına qoşulacağı gözlənilir.

 

Qeyd edək ki, hazırda Portuqaliyanın “Boavişta” klubunda çıxış edən Ağayev bir neçə dəfə ölkəyə qayıtmaq istədiyini açıqlayıb.

0