[b]Beyldən “Real” azarkeşlərinə şad xəbər[/b]
24.01.2017 - 09:53
[b]Beyldən “Real” azarkeşlərinə şad xəbər[/b]

Madrid “Real”ının futbolçusu Qaret Beyl bu həftə topla məşqlərə başlayacaq. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uelsli yarımmüdafiəçinin yaşıl meydanlara qayıdışının vaxtı isə dəyişməyib.

 

Beyl təxminən martın əvvəlində tam olaraq sıraya dönəcək.

 

Təcrübəli futbolçu bir müddət fərdi qaydada çalışdıqdan sonra kollektivlə məşqlərə qatılacaq.

 

Qeyd edək ki, Qaret Beyl 2013-cü ildən “Real”ın formasını geyinir.

0