[b]Sabiq “Neftçi”li rəsmən AZAL-da![/b]
22.02.2017 - 17:33
[b]Sabiq “Neftçi”li rəsmən AZAL-da![/b]

“Neftçi”nin sabiq yarımmüdafiəçisi Samir Məsimov yenidən Azərbaycan Premyer Liqasında çıxış edəcək. Apasport.az saytının məlumatına görə, gənc oyunçu AZAL klubu ilə anlaşıb.

 

Bunu əməkdaşımızla söhbətində “təyyarəçilər”in mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov da təsdiqləyib. O bildirib ki, Məsimovla mövsümün sonuna qədər müqavilə imzalanıb. Yarımmüdafiəçi ilə anlaşmanın müddətinin uzadılması da nəzərdə tutulub.

 

Yusifov həmçinin çempionatın növbəti matçına qədər Samirin adını sifariş edəcəklərini bildirib. Bu isə o deməkdi ki, futbolçu debütünü keçmiş komandası “Neftçi” ilə matçda qeyd edə bilər. Bu komandalar arasında qarşılaşma fevralın 27-də baş tutacaq.

 

Qeyd edək ki, Samir Məsimovun son klubu Sloveniya təmsilçisi “Domjale” olub.

0