[b]“Həmin oyuna kimi bəxtimiz gətirmirdi”[/b]
17.03.2017 - 13:35
[b]“Həmin oyuna kimi bəxtimiz gətirmirdi”[/b]

“Sonuncu oyunumuzla qarşıdakı matç arasında vaxt az olsa da, yaxşı hazırlaşmışıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Şəhriyar Əiyev deyib.

 

Klubun rəsmi saytına danışan müdafiəçi ölkə çempionatının XXIII turunda “Sumqayıt”la keçirəcəkləri matç barədə danışıb.

 

Əliyev “Əslində bütün görüşlərə eyni formada hazırlaşırıq. Sadəcə, “Zirə” ilə oyuna kimi bəxtimiz gətirmirdi. “Sumqayıt”a qarşı görüşdə 3 xal qazanmağa çalışacağıq, məqsədimiz qələbədir. Qarşımızda duran əsas vəzifə xal ehtiyatımızı artırmaqla turnir cədvəlində yerimizi yuxarıya doğru dəyişməkdir. Həm də Novruz öncəsi olduğundan bayrama yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik”.

 

Qeyd edək ki, sabah keçiriləcək “Kəpəz” – “Sumqayıt” matçı saat 16:00-da start götürəcək. 

0