[b]İngilislərin 110 milyonluq təklifi qəbul edilmədi[/b]
22.03.2017 - 15:43
[b]İngilislərin 110 milyonluq təklifi qəbul edilmədi[/b]

“Monako”nun hücumçusu Kilian Mbappe Avropa nəhənglərinin maraq dairəsindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, artıq Knyazlıq klubuna təkliflər gəlməyə başlayıb.

 

“Real”dan sonra indi də Premyer Liqa təmsilçiləri “Mançester Yunayted” və “Mançester Siti” 18 yaşlı forvard üçün qarşı tərəfə müraciət edib. Maraqlıdı ki, “kral klubu”nun 80 milyon funt-sterlinqlik təklifini qəbul etməyən fransızlar ingilislərin 110 milyon funt-sterlinq təklifinə də “yox” cavabını veriblər.

 

“Monako” rəhbərliyi Mbappeni satmağa tələsmir və bir müddət sonra onun üçün daha yüksək məbləğdə təkliflər gələcəyinə inanır.

0