[b]Uğursuz gündə sindrom qırıldı[/b]
26.03.2017 - 20:56
[b]Uğursuz gündə sindrom qırıldı[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Almaniya ilə qarşılaşır. Apasport.az saytının məlumatına görə, matçın ilk hissəsi almanların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Maraqlıdır ki, bu görüş millimizin 26 mart tarixində keçirdiyi 6 qarşılaşmadır. Bu tarix yığmamız üçün uğursuz gün hesab olunur. Belə ki, geridə qalan 5 oyunda millimiz qola və qələbəyə həsrət qalıb.

 

Ancaq Robert Prosineçkinin komandası bu uğursuz seriyanı qırmağı bacarıb.

 

Dmitri Nazarov oyunun 31-ci dəqiqəsində Əfran İsmayılovun ötürməsindən sonra fərqlənərək yığmamızın 26 mart sindromuna son qoyub.

 

Qeyd edilən tarixdə baş tutmuş digər qarşılaşmaları təqdim edirik.

 

Millimizin martın 26-da keçirdiyi bütün oyunlar

 

26 mart 1999. Gimaraynş. AÇ. Portuqaliya – Azərbaycan - 7:0
26 mart 2005. Varşava. DÇ. Polşa – Azərbaycan - 8:0
26 mart 2008. Vilnüs. YO. Litva - Azərbaycan - 1:0
26 mart 2013. Bakı. DÇ. Azərbaycan – Portuqaliya - 0:2

26 mart 2016. Antalya (Türkiyə). YO. Azərbaycan – Qazaxıstan - 0:1

 

0