[b]“Qəbələ”nin milli üzvləri “İnter”ə qarşı oynayacaqmı? [/b]
30.03.2017 - 11:02
[b]“Qəbələ”nin milli üzvləri “İnter”ə qarşı oynayacaqmı?  [/b]

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bu gün “İnter”in qonağı olacaq “Qəbələ”nin daha bir futbolçusu matçı buraxacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, Nika Kvekveskiri paytaxt klubu ilə görüşdə iştirak etməyəcək.

 

Baş məşqçi Roman Qriqorçuk 27 yaşlı yarımmüdafiəçinin istirahət etməsinə gərək duyub. Gürcüstan yığmasının düşərgəsindən dünən qayıdan Nika millinin Latviya ilə keçirdiyi yoldaşlıq görüşündə iştirak edib. Belə ki, oyuna start heyətində çıxan Kvekveskiri 90 dəqiqə meydanda olub. Bunu nəzərə alan məşqçilər korpusu “7 nömrə”ni “İnter”lə görüşdə oynatmamağa qərar verib.

 

“Qəbələ”nin digər futbolçusu Sergey Zenyov da bu gün start heyətində yer almayacaq. 28 yaşlı hücumçu Estoniya yığmasının düşərgəsindən gecə saatlarında qayıdıb. Yol yorğunluğundan əziyyət çəkən Zenyovun “11-lik”də yer almayacağı dəqiqdi. Lakin Nikadan fərqli, Sergeyin sonradan meydana çıxması istisna edilmir. Məşqçilər korpusu futbolçunun oyun saatına qədərki durumuna baxaraq, onun adının “18-liy”ə salınıb-salınmamasına qərar verəcək. 

 

Qeyd edək ki, Zenyov Estoniya yığmasının Xorvatiyaya 3:0 hesabı ilə qalib gəldiyi yoldaşlıq matçında oynamışdı. Son 20 dəqiqədə meydanda olan futbolçu komandasının 3-cü qoluna imza atmışdı.

 

 

 

 

 

0