[b]Premyer Liqanın 10 hakimi: FİFA referiləri öndə[/b]
27.04.2017 - 10:26
[b]Premyer Liqanın 10 hakimi: FİFA referiləri öndə[/b]

AFFA-nın Hakimlər Komitəsi Azərbaycan Premyer Liqasının 2016/17 mövsümündə cəmi 10 referinin xidmətindən yararlanıb. Apasport.az saytının məlumatına görə, sonuncu – XXVIII turun təyinatları açıqlandığından hansı hakimin payına neçə oyun düşdüyü bəlli olub.

 

Mövsümün yekunlarında FİFA referiləri hamıdan öndə qərarlaşacaq. Belə ki, hərəyə 16 matç idarə edən Əliyar Ağayevlə Rəhim Həsənov Premyer Liqanın son turunda da meydana çıxacaq. Bununla, onların hesabındakı matç sayı 17-yə çatacaq.

 

Son təyinatlar liderliyə şəriklərdən birini geridə saxlayıb. 16 oyun idarə edən Fariz Yusifov XXVIII turda baş hakim olmayacaq və 3-cü sırada qərarlaşacaq.

 

Daha bir FİFA referisi Ömər Paşayev isə indi şərik olduğu 4-cü pilləni ələ keçirəcək. Çünki son turda təyinat alan hakimin şərikləri bu dəfə iş başında olmayacaq.

 

Premyer Liqanın 10 hakimi

 

1-2. Əliyar Ağayev, Rəhim Həsənov – 16*

3. Fariz Yusifov – 16

4. Ömər Paşayev – 10*

5-6. Ramil Diniyev, Rauf Cabbarov – 10

7. Orxan Məmmədov – 9

8. İnqilab Məmmədov – 8*

9. Rəvan Həmzəzadə - 7

10. Elvin Əsgərov - 6

 

Qeyd: Son tura təyinat alanlar “*” işarəsi ilə fərqləndirilib. Həmin matç rəqəmlərə əlavə olunmasa da, bərabər göstəricilər zamanı üstünlük kimi nəzərə alınıb.

0