[b]“Onunla mübarizə aparmaq mənim üçün çətin oldu” - ÇEMPİON[/b]
13.05.2017 - 19:17
[b]“Onunla mübarizə aparmaq mənim üçün çətin oldu” - ÇEMPİON[/b]

“Finaldakı rəqibim Aişə Qurbanlı çox güclü idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında cüdoçu Erdenebat Bazarraqça deyib.

 

IV İslam Həmrəyliyi Oyunlarında 48 kq çəki dərəcəsində çıxış edən idmançımız yarışın qalibi adını qazanıb. O, həlledici görüşdə Azərbaycanın digər təmsilçisi Aişə Qurbanlıdan güclü olub. Gərgin keçən döyüş monqol əsilli cüdoçunun qələbəsi ilə yekunlaşıb.

 

Finaldakı rəqibi barədə müsbət fikirlər səsləndirən Bazarraqça həlledici görüşün çətin keçdiyini etiraf edib: “Bilirdim ki, Aişə yığmamızda öz çəkisində bir nömrədi. Onunla mübarizə aparmaq çətin oldu. Buna baxmayaraq, qalib gəldim. Qələbə qazandığım üçün çox şadam”.

 

 

 

 

0