[b]“Gördüm ki, qaşı partladı” - Tayfur Əliyev[/b]
15.05.2017 - 15:05
[b]“Gördüm ki, qaşı  partladı” - Tayfur Əliyev[/b]

“Fürsətdən istifadə edib, rəqibimi texniki nokauta saldım. Açığı, istəyirdim ki, ilk döyüşümü sona kimi davam etdirim. Döyüşün belə tez bitəcəyini gözləmirdim”. Bunu apasport.az saytına Azərbaycan millisinin boksçusu Tayfur Əliyev deyib.

 

IV İslam Həmrəyliyi Oyunlarında 56 kq çəki dərəcəsində qüvvəsini sınayan Avropa Oyunlarının mükafatçısı ilk döyüşünü vaxtından əvvəl başa vurub. O, mərakeşli Taoufik Kaçfinı mübarizədən kənarlaşdırıb. Həmyerlimiz ilk raundda rəqibinin qaşını partladıb və qan dayanmadığı üçün qələbə Tayfura verilib. 

 

Təmsilçimizin sözlərinə görə, rəqibinin döyüş üslubunu yaxşı bildiyi üçün asan qələbə qazanıb: “Güclü boksçudu. Onunla döyüşəndə qaşından vurdum və gördüm ki, qaşı az partladı. Sonra fürsətdən istifadə edib eyni yerdən bir-iki dəfə zərbə də vurdum və rəqibimi texniki nokauta saldım”.

 

O, mayın 17-də baş tutacaq yarımfinalda özbəkistanlı Abdulxay Şaraxmatovla qarşılaşacaq. Əliyev bildirib ki, bu rəqibi də keçmək çətin olmayacaq: “Onunla 2012-ci ildə qarşılaşmışam və finalda məğlub etmişəm. Özümə inanıram və qızıl medalı qazanacağam”.

 

 

 

 

 

 

0