[b]Qadın üzgüçülərimizin ilk uğuru[/b]
16.05.2017 - 19:43
[b]Qadın üzgüçülərimizin ilk uğuru[/b]

Azərbaycan millisinin qadın üzgüçüləri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, xanım idmançılarımız 4x100 m məsafəyə sərbəst üsulla üzməkdə fərqlənib.

 

Alsu Bayramova, Yuliya Stasyuk, İlahə Raciyeva və Fatimə Əlkərimova “dordlüy”ü məsafəni 4 dəqiqə 8,37 saniyəyə qət edib. Üzgüçülərimiz çempion olan Türkiyədən 20,60, gümüş qazanan İndoneziyadan 5,21 saniyə geri qalıb.

 

Qeyd edək ki, yığmamız üzgüçülükdə ümumilikdə 5 medal əldə edib. Estafetə qədər Maksim Şemberev 4 qızıl medala sevinmişdi.

 

0