[b]“Finalda yorulmuşdum” - Patimat Abakarova[/b]
17.05.2017 - 19:46
[b]“Finalda yorulmuşdum” - Patimat Abakarova[/b]

“Heç bir döyüş asan keçmədi. Buraya final görüşüm də aiddi”. Apasport.az saytının məlumatına görə, bu sözləri taekvondo millimizin üzvü Patimat Abakarova deyib.

 

Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı IV İslam Həmrəyliyi Oyunlarında özünü yaxşı tərəfdən göstərib. 49 kq çəki dərəcəsində mübarizə aparan Abakarova qızıl medal uğrunda döyüşdə qazaxıstanlı Aynur Yasbergenovaya 14:4 hesabı ilə qalib gələrək, çempion olub.

 

Qələbə sevincini bölüşən Abakarova finala bir qədər yorğun çıxdığını bildirib: “Rəqibim də güclü idi. Finalda azacıq yorulmuşdum. Çox sevincliyəm ki, qələbə qazandım. Federasiya rəhbərliyinə, hamıya öz təşəkkürümü bildirirəm”.

0