“Barselona” yeni baş məşqçisini təqdim edəcək
21.05.2017 - 17:53
“Barselona” yeni baş məşqçisini təqdim edəcək

“Barselona”nın yeni baş məşqçisi açıqlanıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, katalonlar mövsümün sonunda komanda ilə yollarını ayıracaq Luis Enrikenin yerinə Ernesto Valverdeni gətirəcək.

 

Yerli mətbuat onunla klub arasında bütün detalların razılaşdırıldığını, 2 illik müqavilənin imzalandığını yazıb. Rəsmi təqdimt isə mayın 29-da olacaq.

 

Qeyd edək ki, 2014-cü ildən “Barselona”ya rəhbərlik edən Enrike üçün bu mövsümün sonuncu olacağı ilin əvvəlindən bildirilmişdi.

0