[b]Ramil Şeydayev mövsümü "dubl"la başa vurdu[/b]
27.05.2017 - 21:40
[b]Ramil Şeydayev mövsümü "dubl"la başa vurdu[/b]

Slovakiya Fortuna Liqasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu XXXIII turda milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi “Jilina” “Podbrezova”nı qəbul edib.

 

Görüş meydan sahiblərinin 4:0 hesablı darmadağını ilə yekunlaşıb.

 

Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 61-ci dəqiqədə Otuboanjonu əvəzləyib. Bu dəyişiklik Şeydayevin komandası üçün uğurlu olub. Məhz milli üzvünün oyuna daxil olmasından sonra “Jilina” daha 3 qol vuraraq hesabı darmadağın həddinə çatdırıb.

 

Ramil isə bu hesaba iki qolla töhfə verib. O, 82 və 90-cı dəqiqələrdə qolçuluq bacarığını nümayiş etdirib.

 

Qeyd edək ki, “Jilina” Slovakiya çempionluğunu bir neçə tur əvvəlcədən təmin edib. Komanda birinciliyi 73 xalla başa vurub.

0