[b]“Mladost” – “İnter” matçının başlanma vaxtı açıqlandı[/b]
21.06.2017 - 13:36
[b]“Mladost” – “İnter” matçının başlanma vaxtı açıqlandı[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakı “İnter”inin “Mladost”la keçirəcəyi matçın başlanma vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qarşılaşma iyunun 29-da, Serbiyanın Luçani şəhərində baş tutacaq

 

“Mladost” stadionunda keçiriləcək görüşün nə vaxt start götürəcəyi artıq bəllidi. Belə ki, oyun Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

 

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü isə iyulun 6-da oynanılacaq.  

0