[b]“Qəbələ” davam edir - FOTOSESSİYA[/b]
18.07.2017 - 01:20
[b]“Qəbələ” davam edir - FOTOSESSİYA[/b]

UEFA Avropa Liqasının II təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubu ilə qarşılaşan “Qəbələ” iyulun 20-də keçiriləcək cavab oyununun hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, görüşə Polşanın paytaxtı Varşavada hazırlıq keçən “qırmızı-qaralar” iyulun 17-də növbəti məşqini gerçəkləşdirib.

 

Baş məşqçi Roman Qriqorçukun yetirmələri günün ikinci yarısında hazırlıq keçib. Məşq prosesi yerli “Drukarz” klubunun stadionunda baş tutub. “Qırmızı-qaralar” toplu və topsuz çalışmaları yerinə yetiriblər.

 

Xatırladaq ki, iyulun 16-dan Varşavada hazırlıq keçən “Qəbələ” bu gün də paytaxtda məşq edəcək. Təmsilçimiz sabah baş tutacaq oyunöncəsi son məşqi matçın keçiriləcəyi Belostok şəhər stadionunda gerçəkləşdirəcək.

0