[b]“Qarabağ” “Şerif”lə səfərdə nə vaxt qarşılaşacaq?[/b]
20.07.2017 - 12:34
[b]“Qarabağ” “Şerif”lə səfərdə nə vaxt qarşılaşacaq?[/b]

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şerif”lə keçirəcəyi səfər matçının vaxtı müəyyənləşib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi Moldova klubu ilə cavab qarşılaşmasını avqustun 1-də keçirəcək.

 

Tiraspol şəhərində yerləşən “Şerif” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

0