[b]Bundesliqadan Premyer Liqaya[/b]
20.07.2017 - 20:11
[b]Bundesliqadan Premyer Liqaya[/b]

“Bayer”in hücumçusu Xavyer Ernandes karyerasını yenidən İngiltərədə davam etdirməyə yaxındı. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi “Vest Hem” meksikalı hücumçunun xidmətində maraqlıdı.

 

Bu barədə Britaniya mətbuatı xəbər yayıb. Xəbərdə “çəkicdöyənlər”in Çiçarito ləqəbli hücumçunun transferi üçün Leverkuzen təmsilçisinə 13 milyon avro təklif etdiyi, almanların isə 17 milyon avro tələb etdikləri qeyd edilib. Klublar arasında məbləğlə bağlı fikir ayrılığı davam etsə də, Çiçaritonun London təmsilçisində top qovmaq şansı yüksək qiymətləndirilir.

 

Qeyd edək ki, 29 yaşlı hücumçu son mövsümdə şans qazandığı 36 oyunda 13 qol vurub, 4 məhsuldar ötürməyə imza atıb.

0