[b]“Şerif” “Qarabağ”dan güclüdü” – federasiya prezidenti[/b]
26.07.2017 - 17:42
[b]“Şerif” “Qarabağ”dan güclüdü” – federasiya prezidenti[/b]

“Şerif” “Kukesi” ilə oyunlarla müqayisədə indi daha güclüdü. Amma istənilən halda “Şerif”in futbolçuları ötürmələrdə çoxlu səhvlərə yol verirdilər. Topu rəqibdən almaq uğrunda mübarizədə çox güc sərf etdilər”. Apasport.az saytının məlumatına görə, bunu Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu deyib.

 

Federasiya prezidenti yerli mətbuata açıqlamasında “Şerif”in Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la dünənki matçını dəyərləndirib. Onun fikrincə, səfərdə 0:0 hesabı onların xeyrinədi.

 

Çebanu “Şerif”in “Qarabağ”dan güclü olduğunu da sözlərinə əlavə edib: “Fikrimcə, ölkə çempionatında “Zimbru” ilə son matç komandanın xeyrinə işləyib. Tiraspolda Bordininin yetirmələri 2:1 hesabı ilə öndə olsalar da, son dəqiqələrdə qol buraxaraq, qələbəni əldən verdilər. Mən komandanın “Qarabağ”la matçda “ikinci nömrə” ilə oynaması fikri ilə razı deyiləm. Tiraspollu oyunçular nəticəyə oynadılar. Və istəklərinə çatdılar. “Şerif” “Qarabağ”dan güclüdü. Bu üzdən də Çempionlar Liqasında mübarizəni davam etdirməlidi. Amma futbolda hər şey olur. Hər zaman növbəti mərhələyə güclü komanda çıxmır".

 

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması gələn həftə Moldovada keçiriləcək.

0