[b]Neymar məşqdə dava saldı - VİDEO[/b]
28.07.2017 - 15:35
[b]Neymar məşqdə dava saldı - VİDEO[/b]

"Barselona”nın iki futbolçusu arasında mübahisə düşüb. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, konflikt braziliyalı hücumçu Neymarla yeni transfer Nelson Semedo arasında yaşanıb.

 

Xoşagəlməz hadisə hazırda Mayamidə olan Kataloniya klubunun məşq prosesi zamanı baş verib. Belə ki, top uğrunda mübarizə aparan Neymarla Semedo arasında narazılıq yaranıb.

 

Əlbəyaxa olmaq istəyən futbolçulara komanda yoldaşları imkan verməyiblər. Konflikt Neymarın məşqi vaxtından əvvəl tərk etməsi ilə nəticələnib.

 

Qeyd edək ki, adı PSJ ilə birgə çəkilən Neymar 2013-cü ildən “Barselona”nın formasını geyinir. Semedo isə kataloniyalılara bu yay transfer olunub.

0