“Bakı” klubu antirekorda imza atıb
21.04.2008 - 17:29
“Bakı” klubu antirekorda imza atıb
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan çempionu və ölkə kubokunun sahibi olan “Bakı” klubu antirekorda imza atıb. “APA-Sport” agentliyinin məlumatına görə, paytaxt təmsilçisi tarixində heç vaxt çempionatda 6 oyun ardıcıl qələbə qazana bilməyib. “Bakı” ölkə kubokunu da nəzərə alsaq, 8 görüşdür qələbə üzünə həsrət qalıb. Sonuncu dəfə Premyer Liqanın ikinci dövrəsinin ikinci turu çərçivəsində fevralın 24-də öz meydanında “Qəbələ” klubu böyük hesabla məğlub edən (3:0) Bakının eyni adlı təmsilçisi 57 gündür qələbə qazanmır. 2004-cü ilin yayından “Bakı” adı altında çıxış edən komandanın tarixində ilk dəfə mükafatsız qalması da cari mövsümə təsadüf edib.
Qeyd edək ki, “Bakı” son üç ildə ölkə kubokunu, çempionluq və bürünc mükafat qazanıb.
0