SİZİN REKLAM BURADA

İtaliyalı menecer təsdiqlədi: “Qarabağ” da Embalonu istəyir

“Hər dəfə “Palermo”nun qapısını döyəndə mənə Embalonun komandaya lazımlı futbolçu olduğunu deyirlər. Baş məşqçi Bruno Tedino onu yüksək qiymətləndirir”. Apasport.az saytı xəbər verir ki, bu sözləri italiyalı menecer Cüzeppe Akkardi deyib.

 

“Qarabağ”ın maraqlandığı “Palermo”nun hücumçusu Karlos Embalonun agenti olan Akkardi ölkəsinin mətbuatına açıqlama verib. O, müştərisinin gələcək karyerası haqda fikirlərini bildirib.

 

Akkardinin sözlərinə görə, Embalonun “Palermo”da qalıb-qalmayacağı hələ dəqiqləşməyib: “Karlos getsə, baş məşqçinin alternativ variantı yoxdu. Lakin digər tərəfdən, klubun idman direktoru Embalonun “Palermo”dan getməməli olduğunu birmənalı şəkildə deməyib. Fikrimcə, Karlos komandasını dəyişməlidi. Çünki “Palermo”da futbolçularla bağlı aparılan strategiya Embaloya pis təsir edə bilər. Burda qalmaqla 1 ili itirmək olmaz”.

 

Menecer Qvineya-Bissaudan olan 23 yaşlı hücumçunun hazırda 3 təklif aldığını və onu heyətinə qatmaq istəyən klubların sırasında “Qarabağ”ın da olduğunu təsdiqləyib: “Keçən il “Lion”, “Anderlext”, “Ştutqart” və “Atletiko”nun marağına rəğmən, Karlos transfer hüququ məxsus olan “Palermo”ya qayıtmağı üstün tutmuşdu. Halbuki başqa futbolçu olsaydı, fərqli qərar qəbul edərdi. Lakin Embalo Palermo şəhərinə olan sevgisinə görə bu addımı atdı. Hazırda onu “Breşiya” ilə yanaşı, avrokubokda çıxış edən “Qarabağ” və “Luqano” klubları da istəyir. Mənə elə gəlir ki, Embalo üçün ən doğru qərar əvvəl də çıxış etdiyi “Breşiya”ya qayıtmaq olar”.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

1

1 0 0 3-1 3

2.

Zirə

1

1 0 0 2-1 3

3.

Qəbələ

1

1 0 0 2-1 3

4.

Sumqayıt

1 1 0 0 2-1

3

5.

Kəpəz

1

0 0 1 1-2 0

6

Səbail

1

0 0 1 1-2 0

7.

İnter

1

0 0 1 1-2 0

8.

Neftçi

1

0 0 1 1-3 0
               

 

Top 10