[b]Ramil Şeydayev aşağı liqada qol vurdu[/b]
20.08.2017 - 19:46
[b]Ramil Şeydayev aşağı liqada qol vurdu[/b]

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev "Jilina"nın gənclərdən ibarət komandasının heyətində meydana çıxıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Slovakiyanın II liqasının IV turu çərçivəsində keçirilən "Novo Mesto" ilə qarşılaşmanın iştirakçısı olub.

 

Görüş 2:0 hesabı ilə "Jilina"nın xeyrinə başa çatıb. Əsas komandada bu il meydana çıxmayan Şeydayev start "11-liy"ində yer alıb. Matçda 60 dəqiqə forma geyinən hücumçumuz "Jilina"nın ilk qoluna da imza atıb. O, 12-ci dəqiqədə hesabı açıb.

 

Qeyd edək ki, bu komanda 4 turdan sonra turnir cədvəlində 9 xalla ikincidi. 

0