[b]Boksçularımızın dünya çempionatındakı rəqibləri bilinib[/b]
25.08.2017 - 09:38
[b]Boksçularımızın dünya çempionatındakı rəqibləri bilinib[/b]

Almaniyanın Hamburq şəhərində keçiriləcək boks üzrə dünya çempionatının püşkü atılıb. 75 ölkədən 243 idmançının qatılacağı mundialda Azərbaycan yığmasının üzvlərinin də ilk rəqibləri məlum olub.

 

Millimizin heyətində 1 boksçumuz 1/16, digərləri 1/8 finaldan yarışa qoşulacaqlar.

 

26 avqust

1/16 final. Məhəmmədrəsul Məcidov (+91 kq) – Kumar Satiş (Hindistan)

 

27 avqust
1/8 final. Lorenzo Sotomayor (64 kq) – Eslam Muhamed (Misir)/Nurlan Kobaşev (Qırğızıstan)

1/8 final. Kamran Şahsuvarlı (75 kq) – Maks Van der Pas (Hollandiya)/Lester Martines (Qvatemala)

 

28 avqust

1/8 final. Pərviz Bağırov (69 kq) – Damian Kivior (Polşa)/Tuvşinbat Byamba (Monqolustan)

 

Qeyd edək ki, yarışda avqustun 25-28-də ilkin döyüşlər baş tutacaq. Hamburq İdman Sarayında təşkil olunacaq çempionatda avqustun 29-da 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər avqustun 31-nə və sentyabrın 1-nə təsadüf edəcək. Yarışın son günündə – sentyabrın 2-də isə qaliblərin adları bilinəcək.

Mənbə: abf.az

0