[b]Yığmamız dünya boksunun 6 nəhəngi sırasında[/b]
30.08.2017 - 17:01
[b]Yığmamız dünya boksunun 6 nəhəngi sırasında[/b]

Almaniyanın Hamburq şəhərində keçirilən boks üzrə dünya çempionatının 1/4 final mərhələsinin başa çatması ilə medal qazanacaq ölkələrin adlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, yarımfinala yüksəlməklə, medallardan birini təmin edən idmançılar 20 ölkənin təmsilçiləridir.

 

Bu “20-lik”də Azərbaycan da yer alıb. Mundiala cəmi 4 idmançı ilə qatılan millimiz medal baxımından 50 faizlik nəticə göstərib. Yəni rinqə çıxan 4 nəfərdən ikisi – Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) dünya çempionatının mükafatını təmin edib. Komandamızın üzvlərindən Lorenzo Sotomayor (64 kq) və Pərviz Bağırov (69 kq) isə medal arzusu ilə erkən vidalaşıb.

 

Dünya çempionatında oynanılan 40 medaldan 2-sini – 5 faizini əldə edən Azərbaycan millisi mundialda 1-dən artıq mükafata yiyələnən 6 ölkədən biridi. Ən güclü “altılığ”a Kuba başçılıq edir. Ada ölkəsinin 7 boksçusu 1/4 final səddini keçib. Asiyalılar – Qazaxıstanla Özbəkistan hər biri 10 çəki dərəcəsindən 6-da fəxri kürsüyə qalxacaq. 4-cü pillədə qərarlaşan ABŞ millisi cəmi 3 yarımfinalçısı ilə öyünə bilər. Yığmamız isə Rusiya ilə birgə 5-ci yeri bölüşür.

 

Digər 14 ölkə, o cümlədən 10 idmançı ilə təmsil olunan ev sahibi Almaniya yalnız 1 medalla kifayətlənməli olacaq. Qonşu Türkiyə isə Hamburqda uğura həsrət qalıb.

 

 

N

Ölkə

İdmançı sayı

1

Kuba

7

2-3

Qazaxıstan

6

 

Özbəkistan

6

4

ABŞ

3

5-6

Azərbaycan

2

 

Rusiya

2

7

Almaniya

1

8

Avstraliya

1

9

Kolumbiya

1

10

Cənubi Koreya

1

11

İngiltərə

1

12

Hindistan

1

13

Gürcüstan

1

14

Monqolustan

1

15

Fransa

1

16

Ukrayna

1

17

Ekvador

1

18

İrlandiya

1

19

Kamerun

1

20

Ermənistan

1

Cəmi

20

40

 

0