[b]“Beşiktaş” prezidentindən təklif: Superkubok Azərbaycanda keçirilsin[/b]
26.09.2017 - 11:55
[b]“Beşiktaş” prezidentindən təklif: Superkubok Azərbaycanda keçirilsin[/b]

“Beşiktaş”ın prezidenti Fikrət Orman növbəti təkliflə çıxış edib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, klub rəhbəri Superkubok matçının ölkə xaricində keçirilməsinin tərəfdarı olduğunu bildirib.

 

“Beşiktaş”ı bu yaxınlarda ölkəmizə gətirməyi planlaşdıran Orman yerli KİV-ə açıqlamasında Türkiyə Superkubokunun da Azərbaycanda oynanılmasını təklif edib: “Ötən mövsüm “Milan”la “Yuventus” arasında Superkubok matçı Dohada baş tutdu. Biz niyə Azərbaycanda və ya Dohada keçirmirik? Niyə ölkə futbolunun dəyərini artırmaq üçün çalışmırıq? İspaniya, İtaliya kimi ölkələr bunu düşünür, amma biz bir addım atmırıq. Hətta Tanzaniyada da “Mançester Yunayted”in oyununu izləmək mümkündü. Türkiyədə isə heç yerli insanlar oyunlara gəlmirlər”.

 

Qeyd edək ki, ötən mövsüm də Türkiyə Superkubokunun Bakıda keçirilməsi gündəmə gəltirilmişdi.

0