[b]“Əgər “Roma” “Qarabağ”la matça...” - əfsanəvi məşqçi[/b]
26.09.2017 - 12:48
[b]“Əgər “Roma” “Qarabağ”la matça...” - əfsanəvi məşqçi[/b]

“Çempionlar Liqasında asan oyun olmur. Ancaq həm “Yuventus”, həm “Napoli”, həm də “Roma” II turdakı cütlüyün favoritidi. Onlar bu fürsəti əldən verməməlidirlər”. Apasport.az saytının məlumatına görə, bunu əfsanəvi məşqçi Arriqo Sakki deyib.

 

“Milan”dakı işi ilə tanınan 71 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında İtaliya klublarının Çempionlar Liqasındakı çıxışına toxunub. İtaliya yığmasının sabiq çalışdırıcısı həmçinin “Qarabağ” – “Roma” oyunu haqda da danışıb.

 

Onun fikrincə, indiki “Roma” son illərin ən güclü komandasıdı: “Roma” əvvəlki əzəmətini qaytarmağa çalışır. İndi daha sərt, diqqətli və kompakt futbol oynayırlar. Di Françesko sistemini hələ tam tətbiq edə bilməyib. Bununla belə, komanda ümidverici futbol göstərir. Eysebio əla məşqçidi. Komanda onun rəhbərliyi altında daha yaxşı təşkilatlanmış kimi görünür. Artıq onun kollektivi meydana daxil olanda futbolçularda hansısa şübhə olmur. Bütün bunlar oyunçular arasında əlaqəni gücləndirir, enerjilərini artırır. Əgər “Roma” “Qarabağ”la matça “Real”la qarşılaşacaqmış kimi hazırlaşsa, o zaman narahat olmağa dəyməz. Əks təqdirdə, BATE ilə görüşdəki nəticə təkrarlanar ki, bu da biabırçılıq olar. İtalyanlar daim ləyaqətlə qalib gəlməyə çalışırlar”.

 

Qeyd edək ki, sabah II tur çərçivəsində keçiriləcək “Qarabağ” – “Roma” matçı Bakı Olimpiya Stadionunda baş tutacaq.

0