[b]Azərbaycanlı futbolçunun dublu klubuna qələbə qazandırdı[/b]
17.01.2018 - 22:21
[b]Azərbaycanlı futbolçunun dublu klubuna qələbə qazandırdı[/b]

“Slaviya”nın U-21 komandası bu gün sınaq matçı keçirib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Fərid Nəbiyevin də formasını geyindiyi komanda “Litomeriçko” ilə qarşılaşıb.

 

Görüş futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 2:1.

 

Matça start heyətində başlayan Fərid iki qola imza ataraq qələbədə əsas söz sahibi olub.

0