® [b]Münhendə “qara qartallar”a öz azarkeşlərinin dəstəyi yetməyəcək[/b]
06.02.2018 - 13:50
® [b]Münhendə “qara qartallar”a öz azarkeşlərinin dəstəyi yetməyəcək[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimində “Bavariya”nın rəqibi “Beşiktaş” oldu. Digər komandaların bəxtinə “Barselona” və “Mançester Siti” kimi top-klublar düşsə də, Almaniya klubunun idman direktoru Hasan Salihamidziç “Beşiktaş”ı ciddi rəqib hesab edir. “Leypziq”lə qrup matçları “Beşiktaş”ın gücünün sübutudur. Üstəlik, baş məşqçi Yupp Haynkesin yeni transfer Sandro Vaqnerə şans verib-verməyəcəyi məlum deyil. Almanlar cütün favoriti hesab edilsə də, klub rəhbərliyi rəqibi qiymətləndirməlidi. “Beşiktaş” indi yaxşı formadadır. Hətta “Qalatasaray”ın baş məşqçisi İqor Tudorun qovulmasına da səbəb oldu. Bundan başqa, “qara-qartallar” Çempionlar Liqasında qrupu məğlubiyyətsiz tamamladı, 4 qələbə, 2 heç-heçə ilə 1/8 finala birinci pillədə yüksəldi. Bu, komandanın tarixində ən yaxşı nəticədir. “Bavariya” qrup mərhələsində 1 qələbə çox qazandı. Ancaq Parisdə PSJ ilə görüşdə 3 cavabsız qol buraxaraq məğlub oldu.

 

Stakers.com"a əsasən fevralın 20-dəki görüşdə “Bavariya” favoritdi. Ancaq vəziyyətin dəyişib-dəyişməyəcəyinə martın 14-də İstanbulda aydın gələcək. Bu komandalar Çempionlar Liqası çərçivəsində sonuncu dəfə 1997-ci ildə görüşüblər. Həmin vaxt “Beşiktaş” hər iki qarşılaşmada 0:2 hesabı ilə məğlub olmuşdu.

Hər iki komanda öz çempionatında müvəffəqiyyətlə çıxış edir. “Stakers.com”da dərc edilmiş statistikaya əsasən, “Bavariya” Bundesliqada ən yaxın izləyicisi “Bayer”i 18 xal qabaqlayır və turnir cədvəlinə başçılıq edir. “Beşiktaş” isə Türkiyə çempionatında 37 xalla 4-cü pillədə yer alır və lider “Başakşəhər”dən 6 xal geri qalır.