[b]"Yuventus"un rəqibi "Milan" oldu - VİDEO[/b]
01.03.2018 - 02:41
[b]"Yuventus"un rəqibi "Milan" oldu - VİDEO[/b]

İtaliya kubokunda ikinci finalçı bəlli olub. Apasport.az saytının məlumatına görə, kubokun yarımfinal mərhələsinin digər cütlüyü münasibətlərinə aydınlıq gətirib.

 

Ötən mövsümün finalçısı "Latsio" "Milan"ı qəbul edib. Milanda olduğu kimi, Romadakı qarşılaşmada da qapılara qol vurulmayıb. Nəticədə penaltilər seriyasına ehtiyac duyulub. Son zərbələrdə daha dəqiq oynayan "Milan" finalda "Yuventus"a rəqib olub.

 

Həlledici görüş mayın 9-da Romadakı "Olimpiya" stadionunda keçiriləcək.

 

 

İtaliya kuboku

Yarımfinal (cavab oyunu)

 

"Latsio" - "Milan" - 0:0

Penaltilərlə - 4:5

İlk oyun - 0:0

 

0