[b]Yığmamızın son 18 ayda ən zəif nəticəsi[/b]
15.03.2018 - 14:58
[b]Yığmamızın son 18 ayda ən zəif nəticəsi[/b]

Azərbaycan millisi bu gün açıqlanan FİFA reytinqində dünyanın 127-ci pillədə qərarlaşıb. Apasport.az saytının məlumatına görə, bu nəticə son il yarım üçün antirekord göstəricidi.

 

Belə ki, komandamız sonuncu dəfə 2016-cı ilin sentyabrında belə zəif nəticəyə üzülüb. Həmin vaxt Robert Prosineçkinin çalışdırdığı yığma planetin 133-cüsü idi.

 

Sonrakı 17 siyahıda daha yüksək mövqelərdə qərarlaşan milli 18 aydan sonra Qurban Qurbanovun çalışdırdığı vaxt üçün də ən pis nəticəsinə imza atıb.

 

Qeyd edək ki, cədvəldə 127-ci olan komandamızın hesabında 242 xal var.

0