[b]“Barselona”nın “gözü” İngiltərədə[/b]
17.04.2018 - 18:37
[b]“Barselona”nın “gözü” İngiltərədə[/b]

“Mançester Yunayted”in üzvü Antoni Marsyal karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, “Barselona” fransız futbolçunun xidmətində maraqlıdı.

 

Marsyalın klubla olan müqaviləsi 2019-cu ilin yayında bitir, ancaq “Yunayted”in sazişi 1 il uzatmaq imkanı var. Joze Mourinyonun rəhbərliyi altında oyun praktikası sarıdan əziyyət çəkən 22 yaşlı oyunçu isə klubla danışıqlara getmək niyyətində deyil.

 

Aleksis Sançesin transfer edilməsindən sonra əsas heyətdə özünə yer tapa bilməyən Marsyal sadəcə 4 görüşdə matça ilk 11-likdə başlayıb və onların əksəriyyətində sonradan əvəzlənib. Eyni zamanda, Antoninin sözügedən periodda qapılara yol tapa bilmədiyini də qeyd edək.

 

Həmçinin, Sançesin gəlişindən sonra Marsyalın doğma sol cinah əvəzinə, sağ cinahda oynadılması da fransızın narazılığına səbəb olub. “Barselona” keçən yay da Marsyalla maraqlansa da, sonda Dembeleni heyətinə qatmışdı. Katalon klubunun yenidən Antoninin transferini gözdən keçirdiyi bildirilir.

 

“Barselona” skautları “Fulhem”in sol cinah oyunçusu Rayan Sessenyonu da yaxından izləyirlər. Cari mövsümdə meydana çıxdığı 43 matçda 14 dəfə fərqlənən 17 yaşlı futbolçu İngiltərədə “İlin gənc futbolçusu” mükafatına namizəd göstərilən 6 nəfərdən biridi.

0