[b]“Qızıl buts” üçün oynayacam” - Salah[/b]
20.04.2018 - 11:53
[b]“Qızıl buts” üçün oynayacam” - Salah[/b]

“Liverpul”un vingeri Məhəmməd Salah cari mövsümdəki məhsuldarlığı barədə fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, “Qızıl buts” mükafatını qazanmaq istədiyini bildirən misirli futbolçu vurduğu qolların həm də komandaya fayda verdiyini söyləyib:

 

“Qızıl buts” uğrunda mübarizə apardığımı bilən komanda yoldaşlarım son turlarda mümkün qədər çox qol vurmağım üçün mənə dəstək olurlar. Əlbəttə, bu, fərdi mükafatdı, ancaq eyni zamanda, vurulan qollar komandaya xallar qazandırır”.

 

Salah təkcə özünü düşünmədiyini əlavə edib: “Oyun tərzimiz həm mənim, həm də azarkeşlərimizin xoşuna gəlir. Hiss edirəm ki, onlar da mükafat almağımın tərəfdarıdılar. Təbii ki, son 4 oyunda “Qızıl buts” üçün də oynayacam. Ancaq həmişə əsas məqsədim komandaya xeyir verməkdi. Bunun üçün fərqlənmək istəyirəm. Buna qədər bombardirlər sıralamasında Harri Keyndən geri qalanda, qol vurmaq üçün əlimə imkan düşmüşdü, ancaq topu Bobbiyə (Firmino) ötürdüm və o fərqləndi. Təkcə özümü düşünmürəm. Məhsuldar ötürmələr verirəm, qol vururam, çünki hansı mövqedə oynadığımın fərqindəyəm. Mən “9 nömrə” deyiləm, cinah oyunçusuyam. Komanda üçün oynayıram və hamı bunu görür”.

0