[b]“Yasamal” xal qazandı, “Marafon Futsal” sevindi[/b]
21.04.2018 - 18:05
[b]“Yasamal” xal qazandı, “Marafon Futsal” sevindi[/b]

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında daha bir mükafatçı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Marafon Futsal” finişə 3 tur qalmış ilk “üçlük”də yerini təmin edib.

 

Buna “Neftçi”nin xal itkisi səbəb oldu. “Ağ-qaralar”la təxirə salınan oyunda xal qazanan “Yasamal” “Marafon Futsal”ı mükafatçı edib.

 

Belə ki, hazırda 2-ci olan mükafatçı 4-cü olan “Neftçi”ni 14 xal qabaqlayır. Sonuncuların da gümüş medal şansı itib. Hərçənd bu xal itkisinədək “ağ-qaralar” 2-ci olmağa nəzəri şansını qoruyurdu.

 

Qeyd edək ki, ən pis halda 3-cü olacaq “Marafon Futsal”a qədər “Araz” da qızıl medalları təmin edib.

 

Turnir cədvəli
 

1.

Araz

21

19

2

0

133-27

59

2.

Marafon Futsal

20

14

1

5

87-38

43

3.

EKOL

20

11

2

7

87-59

35

4.

Neftçi İK

20

8

5

7

65-52

29

5.

İtaldizain Futsal

20

6

5

9

79-71

23

6

Yasamal

22

5

1

16

65-138

16

7.

Xəmsə

21

0

2

19

48-179

2

 

0