[b]Ronaldo vergidən yayındığını boynuna aldı [/b]
18.05.2018 - 17:15
[b]Ronaldo vergidən yayındığını boynuna aldı [/b]

Vergidən yayınmaqda ittiham olunan “Real”ın superulduzu Kriştianu Ronaldo günahını boynuna almağa hazırdı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı hücumçu borcunu ödəmək üçün İspaniyanın Vergi Xidmətinə müraciət edib.

 

Ronaldonun vəkilləri məsələ ilə bağlı rəsmi danışıqlara artıq başlayıb. Futbolçu 14,7 milyon avroluq borcunu ödəməklə işin birdəfəlik bağlanmasını istəyir. Rəsmilər bu təklifi təhlil etdikdən sonra bir cavab verəcəklər.

 

Qeyd edək ki, Ronaldonun 2011-2014-cü illər ərzində 14,7 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunur. Prokurorluğun ərizəsində qeyd edilib ki, Kriştianu 2010-cu ildə yaratdığı biznes strukturunu real gəlirlərini gizlətmək məqsədilə istifadə edib.

0