[b]“Neymar haqqında 10 gün sonra danışarıq” – Zidan[/b]
18.05.2018 - 21:54
[b]“Neymar haqqında 10 gün sonra danışarıq” – Zidan[/b]

“Real”ın baş məşqçisi Zinəddin Zidan maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis Neymar transfer haqqında danışıb.

 

O, PSJ-nin braziliyalı oyunçusunun “kral klubu”na keçəcəyi ilə bağlı şaiyələri belə reaksiya verib: “Komandamda oynamayan hansısa oyunçu haqqında danışmaq istəmirəm. Qarşıda hələ iki oyun qalıb. Gəlin, Neymar haqqında 10 gün sonra danışaq”.

 

Zidan həmyerlisi Antuan Qrizmanın “Barselona”ya mümkün keçidi barədə suala cavab verməkdən də yayınıb: “Bu barədə məlumatım yoxdu. Ümumiyyətlə, bu məsələnin mənə aidiyyatı olmadığı üçün maraqlanmıram”.

 

Qeyd edək ki, “Real” ÇL-nin finalında “Liverpul”la, La Liqanın son turunda isə “Vilyareal”la qarşılaşacaq.

0